Başqa cinayət işinin ayrılması haqqında qərarda nələrin göstərilməli olduğu açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Başqa cinayət işinin ayrılması haqqında qərarda aşağıdakılar göstərilməlidir:

– cinayət işinin ayrılması üçün əsaslar;

– cinayət işinin ayrılması üçün səbəb olmuş epizodlar və şəxslər;

– cinayət işinin ayrılmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi;

– cinayət işinin sonrakı ibtidai istintaqının aparılması və öz icraatına qəbul edilməsi haqqında qərar.