Arxiv işləri bölməsinin rəhbərliyi dəyişilərkən sənədlərin, avadanlıqların, inventarların təhvil-qəbul aktı tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Həmin akta sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması barədə aktlar əlavə olunur. Təhvil-qəbul aktlarına və mühafizəxanalara cavabdeh olan şəxslərin sənədlərin mövcudluğunu təsdiq edən arayışları da əlavə oluna bilər. Belə hallarda mühafizəxanalarda işlərin mövcudluğu və vəziyyəti yoxlanılmır.