Yeni iş günü başlayarkən mühafizəxanaya cavabdeh olan əməkdaş açarları növbətçidən aldıqdan sonra möhürlərin və qıfılların bütövlüyünü yoxlamalı, onların alınması barədə təhvil-qəbul jurnalında qeydiyyat aparmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Kənar şəxslərin mühafizəxanaya girməsini göstərən əlamətlər aşkar edildikdə, akt tərtib edilir və baş vermiş hadisə barəsində Penitensiar xidmətin rəhbərliyinə məruzə edilir.