Ağacın hava xətti naqilləri üzərinə aşması hallarında hava xəttindən gərginlik götürülənə qədər ona 8 metrdən az məsafədə yaxınlaşmağa yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İş rəhbərinin təyinat zəruriliyini naryadverən müəyyənləşdirir. Fəaliyyətdə olan HX-də ağacların qol-budaqlarının budanması işlərinə buraxılış , “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na əsasən həyata keçirilir.