Hava xətti və hava rabitə xəttinin və yayım naqillərinin kəsişmə yerlərində yerinə yetirilən işlər kəsişən xətlərin istismarçıları (sahibləri) ilə razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İnduksiyalanmış gərginlik altında Hava xətti və hava rabitə xəttində işləri icra edən şəxs HX və hava rabitə xətti açıldıqda torpaqlanmış naqillərinin uclarında (PQ-də) işdə olan HX-nin ən böyük işçi cərəyanının təsirindən induksiyalanmış gərginliyi 25 V-dan yuxarı olan xətləri təyin etməlidir. Bu cür xətlərə xəttin uzunluğu boyu və ya ümumi uzunluğu 2 km-dən az olmayan ayrıca hissəsində gərginliyi 110 kV və daha yuxarı olan digər HX-nin oxundan aşağıdakı məsafədə keçən HX, HRX və elektrikləşdirilmiş dəmir yollarının kontakt elektrik təsərrüfatına aid edilir:
– gərginliyi 110 kV olan HX üçün – 100 m;
– gərginliyi 220 kV olan HX üçün –150 m;
– gərginliyi 330 kV olan HX üçün – 200 m;
– gərginliyi 500 kV olan HX üçün – 200 m.