Bir gəmi digər gəmiyə və ya həmin gəmidə olan insanlara, yükə və ya digər əmlaka manevr etmək və ya etməməklə, yaxud üzgüçülük qaydalarına riayət etməməklə zərər vurmuşdursa, bu zaman gəmilər toqquşmadıqda belə, göstərilən qaydalar tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Bu Məcəllə ilə müəyyən edilmiş qaydalar, hərbi gəmilər, yardımçı hərbi gəmilər (sərhəd gəmiləri istisna olmaqla) Azərbaycan Respublikasının mülkiyyətində olan və toqquşma zamanı qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərə şamil edilir.