Sınaqlar başa çatdıqdan sonra iş icraçısı sınaq qurğusunun gərginliyini sıfıra kimi azaltmalı, onu şəbəkədən açmalı, qurğunun çıxışını torpaqlamalı və bu barədə “GƏRGİNLİK ÇIXARILIB” sözləri ilə briqadanı xəbərdar etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bundan sonra naqilləri birləşdirmək və ya sınaq tam qurtardıqda onları sınaq qurğusundan ayırmaq və çəpərləmələri çıxarmaq olar.