İşlər qurtardıqdan sonra cərəyandaşıyan hissələrdən qalıq yük qısa müddətli torpaqlanma vasitəsilə çıxarılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsi sınaqların iş həcminə daxil edildikdə bu ölçmələrin aparılması üçün naryad və ya sərəncam verilmir. Aparat yerləşgəsində yerləşdirilən qurğularda dispetçer və texnoloji idarəetmə vasitələri (DTİV) aparatının qoşulması və açılması, həmçinin təmiri elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis tərəfindən yerinə yetirilir.