Elektrik qurğularının açılmış birləşmələrində, elektrik sayğacının dövrələrində işlər sərəncam üzrə yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Birfazalı elektrik sayğacları ilə işləri elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik heyət, gərginliyi çıxarmaqla istismar zamanı görülən işlərin təsdiqlənmiş siyahısı üzrə təkbaşına aparır.