Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 20-ə çatıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Silsilə hadisələr nəticəsində xəsarət alanların sayı azı 460 nəfərdir.
***
18 sentyabr, saat 20.55
Livanda rabitə vasitələrində növbəti partlayış olub.
Heftelik.az-ın xəbərinə görə, bu dəfə radiolar, telefonlar, barmaq izi cihazları, həmçinin günəş panelləri və litium-ion batareyaları ilə işləyən qurğular partlayıb.
Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, bu partlayışlar nəticəsində ölənlərin sayı 9-a, xəsarət alanların sayı 300 nəfərə çatıb.
Qeyd edək ki, bundan əvvəl noyabrın 17-də Livanda eyni vaxtda yüzlərlə peycer partladılıb. Nəticədə ən azı 12 nəfər ölüb, 2700-dən çox insan yaralanıb. Hadisə zamanı İranın Livandakı səfiri Müctəba Əmini daşıdığı peycerin partlaması nəticəsində ağır yaralanıb. İran İnqilab Keşikçiləri Korpusunun iki əməkdaşının hücumla bağlı verdiyi məlumata görə, Müctəba Əmini daşıdığı peycerin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ağır yaralanıb.