Nəm çəkmiş sənədlər nəmişlik dərəcəsindən asılı olaraq seçilir və müəyyən edilmiş tələblərə uyğun qaydada saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Sənədlərin nəm çəkmə səbəbləri vaxtında araşdırılır və aradan qaldırılır. Çoxlu miqdarda sənəd nəm çəkərsə, mühafizəxanaların qurudulması və saxlama rejiminin qaydaya salınması tədbirləri həyata keçirilir.