Təhqiqatın ibtidai araşdırmanın növü kimi hansı şəkildə aparıldığı açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təhqiqat ibtidai araşdırmanın növü kimi aşağıdakı şəkildə aparılır:
– ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı;
– böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat.