15 yaşlı yeniyetmə bıçaqlandı

20 Sentyabr 2024, 17:25

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 2009-cü il təvəllüdlü A.Paşalı bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.