Arxiv işləri bölməsinin rəhbərliyi dəyişilərkən sənədlərin, avadanlıqların və inventarların təhvil-qəbul edilməsi barədə tərtib edilmiş akt (forma №-27) Penitensiar Xidmətin rəhbərliyi tərəfindən təsdiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Mühafizəxanaya cavabdeh şəxs dəyişildikdə, sənədlərin yeni təyin olunmuş cavabdeh şəxsə verilməsi Penitensiar Xidmətin katibliyinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə sənədlərin mövcudluğu və vəziyyəti yoxlanıldıqdan sonra həyata keçirilir.