290 nömrəli körpələr evi – uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə  290 nömrəli körpələr evi – uşaq bağçasından məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı müşahidə kamerası görüntüləri yayılıb.