Sınaq qurğuları və sınağı keçirilən avadanlıqlar müxtəlif otaqlarda və ya – paylayıcı qurğunun müxtəlif sahələrində yerləşdikdə izolyasiyanın vəziyyətinə nəzarəti yerinə yetirən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik briqada üzvlərinin iş icraçısından ayrı yerləşməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu briqada üzvləri çəpərləmədən kənarda yerləşməli və sınaqlar başlamazdan öncə iş icraçısından məqsədli təlimat almalıdır.