Xilas edənin xahişi ilə mükafatın və ya xüsusi kompensasiyanın ödənilməsinə məsul olan şəxs, faizlər və məhkəmə xərcləri də daxil olmaqla, xilas edənin tələbinə lazımi təminat təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Müəyyən edilmiş qaydadan asılı olmayaraq, xilas edilmiş gəminin sahibi, yük verilənə kimi, yük sahiblərinin onlara qarşı irəli sürdükləri tələblərə lazımi təminatın (faizlər və məhkəmə xərcləri də daxil olmaqla) təqdim edilməsi üçün bütün imkanlardan istifadə edir.