Gəmilərin toqquşması təsadüfən və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə, yaxud toqquşmanın səbəblərini müəyyənləşdirmək mümkün olmadıqda, zərəri zərərçəkən tərəfi çəkir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Müəyyən edilmiş qayda gəmilər və ya gəmilərdən biri toqquşma zamanı lövbərdə olduğu və ya digər üsulla bağlandığı halda da tətbiq edilir.