Başqa cinayət işinin ayrılması haqqında qərara işə daxil edilən materialların siyahısı və qərarların, protokolların, sənədlərin, maddi sübutların surətləri, yaxud əslləri əlavə edilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Başqa cinayət işinin ayrılması haqqında qərarın və ona daxil edilən materialların siyahısının birinci nüsxəsi cinayət işi üzrə ilkin icraata, ikinci nüsxəsi isə ayrılan cinayət işi üzrə icraata əlavə edilir. Başqa cinayət işinin ayrılması haqqında qərarın surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.