Gərginliyi 10 kV-dan yuxarı olan xətlərdə işlər naqilləri ən çoxu 2 (iki) qonşu dayaqlarda torpaqlamaqla yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bu zaman hava xəttini (dövrəni) paylayıcı qurğuda torpaqlamaq qadağandır. Briqadanın yalnız torpaqlanma qoyulmuş dayaqlarda və onlar arasındakı aşırımlarda işləməsinə yol verilir. İki və daha çox aşırımlarda (sahələrdə) işlər aparıldıqda hava xətti (dövrə) anker dayaqlarda ilgəkləri ayırmaq yolu ilə elektrik cəhətdən əlaqəli olmayan hissələrə bölünməlidir. Bu hissələrin hər birində torpaqlanma qoyulan yerin yanında yalnız bir briqada işləyir.