Cinayət işləri üzrə təhqiqatı hansı təhqiqat orqanları və şəxslərin aparırldığı müəyyənləşib.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət işləri üzrə təhqiqatı aşağıdakı təhqiqat orqanları və şəxslər aparırlar:
– Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (təhqiqat orqanlarının) təhqiqatçıları — Azərbaycan Respublikasının həmin müvafiq icra hakimiyyəti orqanları müstəntiqlərinin səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə;
– rəhbərlik etdikləri hərbi hissələrin, hərbi idarələrin (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələr və hərbi idarələr istisna olmaqla), cəzaçəkmə müəssisələrinin, həbs yerlərinin, dəniz gəmilərinin yerləşdiyi ərazidə (ərazi üzrə) törədilmiş cinayətlərə dair cinayət işləri üzrə — müvafiq olaraq təhqiqatçı səlahiyyətlərini həyata keçirən hərbi hissə komandirləri, hərbi idarə rəisləri, cəzaçəkmə müəssisələrinin və ya həbs yerlərinin rəisləri, dəniz gəmilərinin kapitanları və digər müvəkkil edilmiş şəxslər; əks-kəşfiyyat fəaliyyətinin təminatını, həyata keçirilən hərbi hissələrdə, hərbi idarələrdə təhlükəsizlik orqanlarının sәlahiyyәtlәrinә aid olan işlər üzrə — müvafiq icra hakimiyyəti orqanlarının təhqiqatçıları.
– müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə — müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları.