Gəmi sahibinin NÜMAYƏNDƏSİ

20 Sentyabr 2024, 08:13

Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin digər nümayəndələri olmadığı halda gəminin, yükün və ya icra edilən səfərin ehtiyacları üçün zəruri olan əqdlərə, habelə ona tapşırılmış əmlaka dair iddialara münasibətdə gəmi sahibinin və ya yük sahibinin nümayəndəsi hesab edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.