Gəmilərin və digər əmlakın xilas edilməsinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Bu fəsildə müəyyən edilmiş qaydalar, xilasetmə haqqında müqavilədə birbaşa və ya dolayı başqa hal nəzərdə tutulmayıbsa, bütün xilasetmə əməliyyatlarına tətbiq edilir. Tərəflərin öz müqavilələri ilə bu Məcəllənin 268.2-ci maddəsinin tətbiqini istisna etmək, habelə bu Məcəllənin 269-cu maddəsində nəzərdə tutulmuş ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq vəzifəsindən kənara çıxmaq hüquqları yoxdur.