Gəminin kontribusiya dəyəri ümumi qəza halı anında gəminin berbout-çarter və ya taym-çarter üzrə fraxta götürülməsindən asılı olmayaraq müəyyənləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Əmlakın kontribusiya dəyəri müəyyənləşdirilərkən, gəmi sahibinin riskində olan fraxt və sərnişinlərin gediş haqqından fraxt və gediş haqqını almaq məqsədi üçün çəkilən xərclər, o cümlədən gəmi heyəti üzvlərinin əmək haqlarına çəkilən xərclər çıxılır. Bu həmin xərclərdir ki, əgər gəmi və yük ümumi qəzanın yaranmasına səbəb olan şəraitdə məhv olsa idi, onları çəkmək lazım gəlməzdi və bunlar ümumi qəzaya aid edilə bilməzdi.