İbtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində həmçinin Naxçıvan Muxtar Respublikası prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilər.