İsrailin Beyruta hava hücumu zamanı 8 nəfər ölüb, 59 nəfər yaralanıb.

Heftelik.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

***

saat 18.09

İsrailin Livandakı hücumunun əsas hədəfi Hizbullahın “Radvan” elit hərbi qrupunun komandiri İbrahim Akil olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə ‘The Times of Israel” məlumat yayıb.

Aviazərbə nəticəsində İbrahim Akil ölüb.  Akil Hizbullahın Livanın cənubundakı əsas hərbi komandiri və bundan əvvəl öldürülən Fuad Şükrdən sonra Hizbullahın ən yüksək səviyyəli ikinci hərbi komandiri olub.

İbrahim Akil 1983-cü ildə Beyrutdakı ABŞ Səfirliyi və Dəniz Piyadaları Qərargahında törədilən partlayışlara görə Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarışa verilib və onun başına 7 milyon dollar mükafat qoyulub.

***

saat 17.36

İsrail  Beyrutda hədəfə dəqiq aviazərbə endirib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Livan mediası Hizbullah lideri Həsən Nəsrullahın müavini Naim Qassemin hədəf alındığını yazıb.

Aviazərbə “Hizbullahın qalası” kimi tanınan Dahiyə bölgəsinə endirilib.

İsrail qüvvələrinin hücumu F-35-lərlə həyata keçirdiyi qeyd olunub.