Əgər gəmi mülkiyyətçisi zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta yetirsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Hər biri təhlükəli və zərərli maddələr daşıyan iki və ya daha çox gəminin cəlb olunduğu hadisə nəticəsində zərər vurulduqda, hadisə ilə bilavasitə əlaqəsi olan hər bir gəminin mülkiyyətçisi, əgər o bu Məcəllənin 260-cı maddəsinə əsasən məsuliyyətdən azad edilmirsə, zərərə görə məsuliyyət daşıyır.