Məşhur türkiyəli müğənni və rejissor Metin Arolat İstanbulun Kozyatağı qəsəbəsindəki hotellərdən birində səhnədə infarkt keçirib.

Heftelik.az-ın “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata görə, konsert başlayandan 20 dəqiqə sonra özünü pis hiss edən, qolunun uyuşduğunu bildirən müğənni səhnənin arxasına keçib, köynəyini çıxarıb.

Ancaq daha sonra özünü yaxşı hiss etdiyini bildirərək, köynəyini geyinərək səhnəyə qayıdıb. Müğənni səhnədə qəfil yerə yıxılıb. Ürəyi dayanan sənətçiyə ürək masajı edilib. Daha sonra o, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Müğənninin xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.

Məşhur sənətçinin meneceri Halil Yıldırım 52 yaşlı Arolatın infarktdan öldüyünü təsdiqləyib.