Zaqatalada 14 yaşlı yeniyetmənin asılmış meyiti tapılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə axşam saat 19 radələrində rayonun Gözbarax kəndində baş verib.

Kənd sakini 2010-cu il təvəllüdlü Həmzət Əkbər oğlu Əliyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.

Yeniyəetmə H. Əliyevin ölümünün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon pkrokurorluğunda araşdırma aparılır.