Dövrələri biri digərinin üzərində yerləşən çoxdövrəli hava xəttinin açılmış dövrəsində yalnız bu dövrə gərginlik altında olan dövrələrdən aşağı olduqda işləməyə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Açılmış dövrənin naqillərini dəyişmək və tənzimləmək qadağan olunur. Dövrələri üfüqi yerləşən çoxdövrəli hava xəttinin açılmış bir dövrəsində işlər aparılarkən dayaqların dirəklərində gərginlik altında qalmış dövrə tərəfdən qırmızı bayraqcıqlar asılmalıdır.