Arxiv işlərinin və onların vəziyyətinin yoxlanılmasının məqsədləri açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Arxiv sənədlərinin mövcudluğunun və vəziyyətinin yoxlanılması aşağıdakı məqsədlər üçün aparılır:

– faktiki sayının siyahıdakı son qeydlərə uyğun olmasının müəyyənləşdrilməsi;

– bərpa olunmağa, üzləşməyə, dezinfeksiya edilməyə və başqa xüsusi təmizlənməyə ehtiyac duyulan zədələnmiş sənədlərin aşkar edilməsi.

İşlərin mövcudluğunun və vəziyyətinin yoxlanılması hər fond üzrə 5 ildə bir dəfədən az olmamaqla mütəmadi, eləcə də aşağıdakı hallarda (əvvəlki yoxlamanın keçirilmə vaxtından asılı olmayaraq) keçirilir:

– sənədlərin müəyyən edilmiş mühafizəsi rejiminin ciddi pozulması; [23]

– arxiv işləri bölməsinin rəhbərliyi (mühafizəxanaya cavabdeh şəxs) dəyişilərkən;

– arxiv işləri bölməsi (mühafizəxana) bir yerdən başqa yerə köçürülərkən, yeri dəyişdirilərkən.