Axtarıcıların və relelərin kontaktlarının (kontakt sahələrinin) yuyulması onlardan gərginlik çıxarıldıqdan sonra yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Giriş-sınaq rəfinə qoşulmuş rabitə xəttinə və ya krosun mühafizə zolağına 25 V-dan yuxarı kənar gərginlik düşərkən daimi operativ heyət elektrik mühafizə vasitələrindən istifadə etməklə bu cür xətti açmalı və izolə etməlidir.