Mühafizəxanaya cavabdeh olan əməkdaş dəyişilərkən təhvil-qəbulun aparılması aktla (forma №- 28) sənədləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Bu akt Penitensiar Xidmət tərəfindən təsdiq edilir. Təhvil-qəbul vaxtı hər hansı bir çatışmazlıq aşkar edilərsə, arxiv işləri bölməsinin rəisi barədə dərhal katibliyin rəhbərliyinə məruzə edir və sənədlərin axtarışı üçün tədbirlər görür.

Yanğın, qəza, təbii fəlakət və başqa fövqəladə hallarda arxiv işləri bölməsində mühafizə edilən sənədlərin xilas edilməsi tədbirləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müvafiq əmri ilə tənzimlənir.