Elektrik avadanlıqlarının sınağını briqada aparır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İş icraçısı elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan, briqada üzvləri elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan, işləmə yerini mühafizə edən isə elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik olmalıdır. Elektrik avadanlıqlarının sınağını aparan briqadanın tərkibinə hazırlıq işləri aparmaq və avadanlıqlara nəzarəti yerinə yetirmək üçün təmir heyətindən sınaq üzrə işə buraxılış icazəsi olmayan şəxs də daxil edilir.