Elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla işləyərkən dielektrik əlcəklərdən və fərdi mühafizə vasitələrindən istifadə edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dək olan elektrik qurğularında elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla ölçmələri elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis aparır.