Gəmi mülkiyyətçisi şıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən funksiyanı həyata keçirdikləri zaman etinasızlıqları və ya digər qanunazidd hərəkətləri nəticəsində zərərin vurulmasını sübuta yetirə bilsə, çirkləndirmədən vurulan zərərə görə məsuliyyət daşımır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Əgər gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta yetirə bilsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər.