Hava xətlərinin istismarçısında açıldıqdan sonra induksiyalanmış gərginlik altında olan xətlərin siyahısı olmalıdır, bu siyahıda induksiyalanmış gərginliyin qiyməti qeyd olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xətlərində induksiyalanmış cərəyanın olması naryadın “Ayrıca göstərişlər” sətrində qeyd olunmalıdır. İnduksiyalanmış gərginlik altında olan hava xətlərində dayaqdan yerə kimi sallanan naqillərə toxunmaqla yerdən aparılan işlər elektrik mühafizə vasitələrindən (dielektrik əlcəklər, elektrik izoləedici ştanqlardan) istifadə edilməklə və ya naqillərin potensiallarını bərabərləşdirmək üçün bu naqillərə birləşdirilən metal meydançadan yerinə yetirilməlidir.