İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı artıb.

Heftelik.az-ın məlumatına görə, Livan Səhiyyə Nazirliyi 274 nəfərin öldüyünü, 1024 nəfərin yaralandığını açıqlayıb.

***

saat 16.36

İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 100 nəfər ölüb.

Heftelik.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

400-dən çox yaralının olduğu bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə Hizbullahın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.