Bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrləri seçilib.

Heftelik.az-ın xəbərinə görə, parlamentin komitə sədrləri aşağıdakı şəxslər olub:

– Azər Əmiraslanov – İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri

– Əli Hüseynli – Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

– Anar İskəndərov – Elm və təhsil komitəsinin sədri

– Siyavuş Novruzov – Regional məsələlər komitəsinin sədri

– Arzu Nağıyev – Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri

– Zahid Oruc – İnsan hüquqları komitəsinin sədri

– Sadiq Qurbanov – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri

– Tahir Rzayev – Aqrar siyasət komitəsinin sədri

– Musa Quliyev – Əmək və sosial siyasət komitəsinin sədri

– Əhliman Əmiraslanov – Səhiyyə komitəsinin sədri

– Hicran Hüseynova – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

– Şahin İsmayılov – Gənclər və idman komitəsi

– Fazil Mustafa – İctimai birliklər və dini qurumlar komitəsinin sədri

– Polad Bülbüloğlu – Mədəniyyət komitəsinin sədri

– Səməd Seyidov -Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri