Mükafat xilasetmə əməliyyatlarını həvəsləndirmə məqsədi ilə xilas edənin çəkdiyi xərclər, sərf etdiyi vaxt və ona vurulan zərər, xilas edənin və ya onun avadanlığının məruz qaldığı məsuliyyət riski və digər risklər, xilasetmə xidmətlərinin göstərildiyi tezlik, xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş gəmilərin və ya digər avadanlığın mövcudluğu və onlardan istifadə və xilas edənin avadanlığının hazırolma vəziyyəti və belə avadanlığın səmərəliliyi və dəyəri nəzərə alınmaqla müəyyənləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.