İbtidai araşdırma zamanı ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılması zərurəti yarandıqda müstəntiqin hansı hərəkətləri yerinə yetirmək hüququna malik olduğu açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İbtidai araşdırma zamanı ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılması zərurəti yarandıqda müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdir:
– öz qərarı ilə bu hərəkətlərin aparılmasını şübhəli, təqsirləndirilən şəxsin və ya şahidlərin əksəriyyətinin olduğu yeri üzrə müstəntiqə, yaxud təhqiqatçıya həvalə etmək;
– təxirəsalınmaz hallarda həmin hərəkətləri təqsirləndirilən, şübhəli şəxsin və ya şahidlərin əksəriyyətinin olduqları yer üzrə həmin ərazidə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməklə aparmaq.