Nərdivanda və ya ağacda qeyri-dayanıqlı vəziyyətdə olarkən şaxə və budaqları mişarlamaq qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Kəsilməyə sığorta bağının (qoruyucu qayış kəmərinin) iplə ağaca və ya öncədən ağac gövdəsinə bərkidilmiş pilləkənin tutqacına iplə bərkidilməsindən sonra başlamağa yol verilir. Təbiət hadisələrinin nəticələrinin aradan qaldırılması və aşmış ağacların və budaqların hava xətti naqillərindən götürülməsi, cığırın təmizlənməsi və bu qəbildən olan digər işlər zamanı hava xətti istismarçısı və podratçılar işə cəlb edilməklə müştərək işlərin təhlükəsiz aparılması üçün əlavə tələblər yerinə yetirilməlidir.