Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.

Partiyadan Heftelik.az-a verilən xəbərə görə, qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq.

Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.

Xatırladaq ki, İlqar Məmmədov sentyabrın 11-də partiyanın sədri postundan istefa verib