Şəbəkəyə qoşulmuş elektrotexniki əl alətləri, əldə daşınan çıraqlar, dövrəayırıcı transformatorlar və digər köməkçi avadanlıqlar elektrik təhlükəsizliyi üzrə texniki reqlamentlərin, beynəlxalq və dövlət standartlarının və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın bu hissəsinin tələblərinə riayət etməklə istifadə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Köməkçi avadanlıqların (o cümlədən transformatorların, tezlik dəyişdiricilərinin, mühafizə açılması qurğularının) şəbəkəyə qoşulmasını bu şəbəkəni istismar edən və elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik heyət yerinə yetirməlidir.