Təhqiqatçı cinayət işinin başlanmasından sonra 10 (on) gündən gec olmayaraq sonrakı araşdırmanın aparılması üçün cinayət işini istintaq orqanına göndərir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Eyni zamanda təhqiqatçı cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra müstəntiq və ya ibtidai araşdırmanı həyata keçirən prokurorun tapşırığı ilə ayrı-ayrı istintaq hərəkətlərini aparır və ya əməliyyat-axtarış tədbirlərini həyata keçirir, cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra cinayət açılmamış qalarsa, cinayəti törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və müstəntiqə təhvil verilməsinə dair tədbirlər görür.