Sınaqların aparılmasına maneəçilik göstərən torpaqlanmanın çıxarılmasına (torpaqlanma bıçaqlarının açılmasına) və onların yenidən quraşdırılmasına yalnız iş rəhbərinin göstərişi üzrə sınaq qurğusunun yüksək gərginlik çıxışını torpaqladıqdan sonra yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Torpaqlanmaların müvəqqəti çıxarılmasına icazə naryadın “Ayrıca göstərişlər” sətrində göstərilməlidir.