Vergi orqanları və onların vəzifəli şəxsləri Mərkəzi Bankın sorğusu əsasında Mərkəzi Banka ommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və nizamnamə, kommersiya hüquqi şəxslərinin idarəetmə orqanlarının rəhbərləri, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların təsisçilərinin (iştirakçılarının) iştirakçısı olduğu hüquqi şəxslər və belə hüquqi şəxslərin nizamnamə kapitalındakı payları və fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların idarəetmə orqanlarının rəhbərlərinin, təsisçilərinin (iştirakçılarının) və bu şəxslərin iştirakçısı olduğu hüquqi şəxslərin mənfəəti (gəlir və zərəri) barədə məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.