Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Heftelik.az-ın FHN-nə istinadın xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobili ilə “ВАЗ” markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
saat 15.54
Biləsuvarda ağır yol qəzası olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bəhrəmtəpə-Biləsuvar yolunda “Lada-012″markalı minik avtomobil “MAN” markalı yük maşınına çırpılıb.
Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.
İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.
Faktla bağlı araşdırma aparılır.