Təcrübə müddəti onun məzmunundan asılı olaraq işəgötürən (onun müvəkkil etdiyi şəxs) tərəfindən müəyyən edilir və iki iş günündən (növbəsindən) az olmayaraq müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
1-ci və 2-ci qrup işçilər üçün təcrübə rəhbəri işəgötürən tərəfindən, hündürlükdə iş təcrübəsi 1 ildən az olmayan briqadirlər, ustalar, təlimatçılar və ixtisaslı fəhlələrdən təyin edilir. Bir təcrübə rəhbərinə eyni zamanda iki nəfərdən çox işçi təhkim oluna bilməz.