Briqada üzvü – fəhlənin nələrə əməl etməli olduğu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Briqada üzvü – fəhlə aşağıdakılara əməl etməlidir:

– yalnız ona tapşırılan işi yerinə yetirmək;

– briqadanın başqa üzvləri ilə fasiləsiz vizual əlaqə, eləcə də səsli və ya radiodanışıq rabitəni həyata keçirmək;

– işçilərin təhlükəsizliyini təmin edən fərdi mühafizə vasitələrindən, alətlərdən və texniki vasitələrdən istifadə etməyi bacarmaq;

– verilmiş fərdi mühafizə vasitələrinə hər istifadədən əvvəl şəxsi baxış keçirmək;

– fərdi mühafizə vasitələrini, alətləri və texniki vasitələri saz vəziyyətdə saxlamaq;

–  istehsalatda zərər çəkənlərə ilk yardım göstərməyi bacarmaq.